XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



"Şeytandan betər ermənilər"
Gündəm 15:54 / 30.11.2020

Bəzi insanlar tərəfindən törədilən vəhşilikləri, edilən xəyanətləri, uydurulan şər və böhtanları görəndə, eşidəndə şeytana şükür edirəm. İnsanlar baş kəsir, ev yıxır, zalımlıq edir, ancaq şeytanı günahlandırır. İnsan tamahına güc gələ bilmir, oğurlayır, talayır, harınlaşır, Tanrıya ox atır, özünə yox "lənət şeytana” deyir. Bir çox insanlar münaqişələr törədir, dava salır, ölümlərə səbəb olur, ancaq səbəbkar şeytanı hesab edirlər.

Nadan insanlar balasını tərbiyə edə bilmir, onları, cahil, qaniçən böyüdür, əsəbləşəndə "sən şeytandan əmələ gəlmisəın” deyə günahı şeytanın üstünə atırlar. Görəsən o şeytan haradadır? Niyə onu tapıb bir dəfəlik məhv eləmirik ki, canımız bu bəlalardan qurtarsın? Axı bu şeytan bizləri nə vaxta kimi pis günə salacaq, qardaşı - qardaşa qırdıracaq, insanı insana düşmən edəcək, elləri - obaları viranə qoyacaqdır? Çox düşünsəm də bu suallara dəqiq cavab tapa bilmirəm. Ancaq vaxtı ilə yol yoldaşım olan qoca yəhudinin söylədiyi bir əhvalatı xatırlayıram:

Bir gün ana şeytan balalarını başına toplayıb onlara məsləhət verir, "cəsarətli olun, heç kimdən çəkinməyin, sözü üzə deyin, yalvarmayın, yaxarmayın, yalan danışmayın, şeytanlığı şeytan kimi edin” deyir. Balalar gülüb, "onda bizi öldürərlər, biz şeytan cildində insanlara görünə, bilmərik, axı” deyirlər. Anaları, "Bəs fikriniz nədir?” deyə soruşur. Balaları oxumaq, vəzifə tutmaq, insan cildinə girmək və sonra şeytan əməllərini davam etdirmək fikrində olduqlarını bildirirlər. Anaları onları alqışlayır və məqsədlərinə çatmağı arzulayır.

Mən şeytan balalarının arzuladıqları perespektivləri, çirkin məqsədlərə xidmət edən əməllərini, məqsədlərini bu gün daha dərindən duyur və aydın görürəm. Həqiqətən də bəzi şeytan əməllilər insan donuna giriblər. Şeytanlar oxuyublar, təhsil alıblar, vəzifə tutublar. Şeytan balaları nəinki doğulduqları ərazini, böyük bir dövləti idarə edirlər. Şeytanlar püxtələşiblər, insanların qəlbinə girməyi, onları ələ almağı bacarırlar. Şeytan balaları dünyanı idarə etmək fikrindədilər, yerə - göyə meydan oxuyurlar, hətta insanlara ağıl verirlər, insanlıqdan, ədalətdən, demokratiyadan dərs keçirlər, amma şeytan adətlərini unutmurlar, babalarına dönük çıxmırlar, bildiklərini gizli - gizli edirlər.

Dostum, niyə gülürsən, görürəm mənə inanmırsan, "şeytan hara təhsil, elm, diplomatiya, vəzifə hara” deyirsən. Belə olan halda məndə sənə gülürəm və sual verirəm: "Erməni yaxşıdır şeytan?” Balaca bir qızcığazın dərisini şeytanın diri - diri soyduğunu eşitmisən, görmüsən? Öldürülmüş qadının qarnını yarıb diri pişik balalarını hansı şeytan ora yerləşdirə bilər? Billah şeytan bunu heç vaxt eləməz. Hansı şeytan insanın dilini kəsib, gözünü oyub, qollarını sındırıb, dişlərini çıxarıb, diri - diri yandırar? Hansı şeytan qonağı olduğu, süfrəsində yeyib-içdiyi, qapısında işləyib, çətinə düşəndə ağlayıb-sızlayıb, kömək istədiyi adamın, fürsət tapan kimi arxadan kürəyinə bıçaq sancar, evini-eşiyini, torpağını əlindən alıb balalarını öldürər? Gözə görünməyən şeytanın heç biri bu çirkin əməlləri törətməmişdir. Bəs onda dostum, niyə cavab vermirsən? İndi görürsənmi şeytan etmədiklərini ermənilər edir, bəs niyə sən şeytanı lənətləyirsən?

Hələ mən sənə şeytandan betər ermənilərin babalarından, nənələrindən, dayılarından, əmilərindən, adlı - sanlı böyüklərindən, ağsaqqalarından danışmıram. Onların hərəkətlərini xatırlatsam inan ki, görmədiyin əsl şeytanları tapıb üzündən öpmək istəyərsən və adını çəkdiyim şeytan insanları dönə-dönə lənətləyərsən. Hətta baba Tiqranın, Andranikin, Nijdenin, nənə Silvanın belə nəvələr böyütdüyünə, dayı Zorrinin, Robertin, Serjin belə bacı uşaqları tərbiyə etdiyinə, annaların, arturların, nikolların və başqalarının faşist övlad yetişdirdiklərinə görə üzünə tüpürmək istəyərsən. Çünki şeytanın etmədiklərini bu murdarlar uzun illər etdilər, milyonlala insanları dərdə saldılar, kəsdilər, öldürdülər, işgəncə verdilər və uf da demədilər. Çünki onlar Sarkozi, Makron kimi böyüklərinə, beş manata vicdanını satan qohumlarına, dostlarına, əqidələrini, məsləklərini hərraca qoyan siyasətçi havadarlarına, pozuq əxlaqı hesabına onlara dəstək verən sirdaşlarına, bacı və qardaşlarına arxalandılar.

Şeytanın balaları Fransa Senatına, Paris meriyasına, ayrı-ayrı ölkələrə beynəlxalq təşkilatlara da yol açıblar. Haqqı-ədaləti saymırlar, tələ qururlar, öldürürlər, asıllar, kəsirlər və günahlarını başqalarının üstünə atırlar, özlərini mələk kimi göstərirlər. Hətta şeytan da adamların əməllərinə baxıb xəcalət çəkir. Demək istəyir ki, Azərbaycan torpaqlarını işqal edən və milyonlarla insanı 30 ildən çox dərd-sər içərisində yaşadan, şəhər və kəndləri xarabazarlığa çevirən, minlərlə dinc sakini qətlə yetirən, raket atəşinə tutub qıran, suyumuzu zəhərləyən, meşələrimizi qıran, evlərimizi yandıran, heç bir qanuna, qərara məhəl qoymayan, vəhşilik edən mən deyiləm ermənilərdir, ermənilərə havadarlıq edənlərdir, dəstək verənlər, onları yeni münaqişələrə həvəsləndirənlərdi. Belə olan halda insanların ağır vəziyyətə düşdüyünü, haqqın-ədalətin pozulduğunu, qayda-qanunun sayılmadığını, dünyanın təlatümlər içərisində boğulduğunu görəndə sən şeytanı qarğıma, ona lənət oxuma, insanlığa, ədalətə, haqqa, bəşəriyyətə düşmən olan, yalan deyən, böhtan atan, düşmənçilik edən, hamını aldatmağa, ağlatmağa, inlətməyə çalışan, adını insan qoyub şeytan əməllərlə məşqul olan pis niyyətli ermənilərə, onların havadarlarına lənət oxu.

Azərbaycan xalqı, ordumuz ayaq açan, silah tutan, torpaqlarımıza təcavüz edən, insanlarımızı qiran və əzab - əziyyət içərisində yaşamağa məcbur edən şeytan erməninin çoxunun belini qırdı, səsini kəsdi, ədalətlə dərsini verdi. Bundan sonra şeytanın balalarını ayaq açmağa, insanlığa düşmən kəsilməyə, dünyanı dərdə salmağa qoymamalıyıq. Onların dərsi vaxtında verilməlidir, şirin dilləriinə, yalvarışlarına uymaq olmaz . Biz tarixdən ibrət götürməliyik. Dünənimizi dərk etməli, sabahımızı qiymətləndirməliyik. Çünki şeytan düşmənimiz çox hiyləgər, məkirli və zalımdır. Arxayınlamağa heç zaman yol verilməməlidir. Şeytan balaları yuvasından çıxmamalıdır, qol-qanad açmamalıdırlar. Böyüməməli, babalarından dərs almamalıdırlar. Yoxsa onlar bizim kimi dünyanın çox xalqlarını bəlalara düçar edə bilərlər. Yerə-göyə qan ağladarlar, dünyanı dağıdarlar, tarixi öz xeyrinə dəyişdirər, bəşəriyyəti erməniləşdirərlər. Dünyanı şeytanın erməni balalarından qorumalı və ayıq olmalıyıq.

Tahir Rzayev

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri


2968 oxunub

InvestAZ