Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim”i bağışladım.
Bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam
şəhərinə səfər edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.
"Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə
rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə
üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir
insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim
duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi
idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları
işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də
dədə-baba torpağımıza qayıdaq", - deyə dövlət başçısı bildirib.
1050 oxunub