XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



QALİB MÜHAKİMƏ OLMUR
DÜNYA 12:46 / 17.11.2020
Biz döyüş meydanında qisasımızı aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhu sakitdir. Analarımızın ürəyində indi toxtaqlıq hökm sürür. Düşmən layiqli cəzasını aldı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ordumuz əks-hucuma keçərək düşmənin ordusunu darmadağın etdi. Azərbaycan Ordusunun ciddi müqaviməti ilə üzləşən yağı düşmən biabırcasına məğlub oldu. Qırılma nöqtəsi bu etnosda özünü göstərir.

Bu müharıbədə dünya bir həqiqəti gördü ki, erməni vandalları işğal altında saxladıqları şəhər və kəndlərimizi viran qoymuş, tarixi mədəni abidələrimizi, muzeylərimizi yerlə yeksan etmiş, milli sərvətlərimizi talan edərək, daşıyıb aparmışlar. Bütün ərazilərdə infrastruktur tamam sıradan çıxmışdır. Xalqımıza yaxşı məlumdur ki, Cənab Prezidentimiz bu hadisələrdə nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməmişdir. Şükürlər olsun ki, Vətən müharibəmiz qələbə ilə başa çatmışdır. Etiraf edilməlidir ki, bu gün xalqın və ordunun Prezidentə Ali Baş Komandana inamı Vətən müharibəsinin qələbə ilə başa çatmasında mühüm rol oynamışdır. 28-ildən sonra Şuşada Gövhər ağa məscidində cümə namazının qılınması böyük sevincdir, böyük hadisədir.

Bünövrəsi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzun kökündə dayanan böyük həqiqətdir, iradədir. Dünyanın 50-dən çox orduları sırasında özünə layiqli yer tutduğunu bir daha sübuta yetirdi.

Biz böyük qələbəyə imza atıq. Tarixi gün:-"Qarabağ Azərbaycandır!” Bu sözlər Azərbaycan xalqının hər birisinin ürəyində, qanında, canındadır.

Cənab Prezident Sizin rəhbərliyiniz altında ordumuzda güclər nisbəti dəyişdi. Ordumuz ədalətsiz dünyaya ədalət gətirdi. Tarixi ədaləti Siz bərpa etdiniz.

Ermənilər 4-il ərzində Şuşanı götürmüşdülər. Biz isə Azərbaycanın Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şuşanı 44 gün ərzində götürdük. Şuşa, mədəniyyətimizin beşiyi olmaqla Qarabağın döyünən ürəyidir. Ermənilər inanmırdılar biz ağır artileriyadan, raketdən, istifadə etmədən piyada, dağın ətəyindən dırmaşaraq əlbəyaxa döyüşlə yağışlı biir gündə Şuşanı götürəcəyik. 1-dəqiqə 41 saniyəli kadr görüntüləri var ona 41-dəfə də baxsan görüntüdən doymaq olmur. Xalqımızın illərlə, aylarla çəkdyi həsrət, vüsal nəhayət ki, arxada qaldı. Xəcalət verən yükü boynumuzdan atdıq. Prezidentimiz demişkən-Azərbaycan yeni reallıqlar ortaya qoydu.

Haqq işimizlə bağlı Bakıya gələn çoxlu xarici jurnalistlər oldu. Onların əksər çoxluğu qərəzli, təxribatlı fikirlərlə gəlmişdilər. Cənab Prezidentimizə ünvanladığı suallarda dezinformasiyalar, həqiqəti əks etdirməyən, ikrah hissi oyadan fikirlər çox oldu. Feyk xəbərlərlə beyinlərini dolduranlar cavablarını yaxşı aldılar. Təzyiqlərə mərdimərdanə sinə gərən Prezidentimiz dayanıqlı islahatlarımızdan, nizami ordumuzdan, xüsusi təhlillər verərək xarici jurnalistləri bir daha Azərbaycan tarixini öyrənməyə dəvət etdi. Birmənalı şəkildə bildirdi ki, Azərbaycan dövləti 30 ildən çoxdur ki, səbr və təmkinlik nümayiş etdirərək münaqişənin sülh yolu ilə həlli üçün bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və onların bir çox təklifləriylə razılaşıb. "Yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda heç bir təklif qəbul edilə bilməz”. Ermənistanın Azərbaycana qarşı torpaq iddası sürməsini absurd hesab etdiyini bir daha vurğuladı.

Siyasi təhlil seqmetini gücləndirməliyik. İnformasiya cəbhəsində hadisələrə münasibətimizi Ali Baş Komandamız İlham Əliyevin verdiyi müsahibələr ətrafında, eləcə də o istiqamətdə qurmalıyıq. Fəxr edirəm ki, əziz prezidentimiz belə ensiklopedik biliyə malikdir. Xarici jurnalistlərə verdiyi müsahibələr onu göstərdi ki, Cənab Prezidentimiz həm tariximizi yaxşı bilir, hən də işğalçı dövlətin kim olmasını, məqsədlərini onların özlərindən qat-qat üstün bilir. Müdafiədən çıxıb əks-hücuma, haqq işimizə başlamağımız dünyanın sülhsevər qüvvələri tərəfindən günügündən dəstəklənməkdədir. Türkiyə başda olmaqla xeyli dost ölkələr "Sizinn yanınızdayıq” -deyə özlərinin xoş niyyətlərini çatdırırdılar.

Cənab Prezident Ali Baş Komandan -bizim təqvimimizdə bu günə dək Milli Qələbə bayramı hələ olmayıb. Biz ilk dəfə olaraq Sizin şəxsinizdə Siz başda olmaqla biz ilk dəfə olaraq bu tarixi qələbəni, zəfər gününü qeyd edəcəyik. Qarabağ dünən də bizim idi, bu gün də bizimdir, sabah da bizim olacaq. Qələbə sevinci yaşadığım günlərdə bir daha demək istəyirəm Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin əməyi ədliyyə-hüquq sistemimizin yaranmasından ötrü sərf etdiyi əmək danılmazdır. Yüksək qürur hissiylə deyə bilərəm ki, möhkəm bünövrə üzərində formalaşan Azərbaycan dövləti özünün inkişaf dövrünü yaşayır. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və misilsiz əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Doğma Bakımız mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri 1dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun təbiriycən desək:-"Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yeni hüquq sisteminin bəhərini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar”.

Bu an mən bir azərbaycanlı qadın kimi xoşbaxtam. Yaxın günlərdə uzun illər sıralarında işlədiyim ədliyyə işçilərinin 22-noyabr peşə bayramı günüdür. Vurğulamaq istərdim ki, yaşadığımız bu müharibə dövründə biz ədliyyəçilər olaraq bir gün də olsun ordumuzdan kənarda qalmamışıq, hər zaman Vətənin əsgəri olaraq əsgər və zabitlərimizin yanında olmuşuq. Cənab Prezident biz Sizin başçılığızla həm Ordumuzun müzəffər qələbəsini, həm də özümüzün peşə bayramımızı qeyd edəcəyik. "Qarabağ Azərbaycandır”! Yaşasın Azərbaycan xalqı! Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə eşq olsun!

Maral Zaman qızı Həsənova .

2-ci dərəcəli ədliyyə qulluqçusu


1107 oxunub

InvestAZ