XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Tanoyan,nə oldu-Abid Tahirli
YAZARLAR 10:30 / 14.11.2020

 

        Əqli, əməli imkanları ilə iddialarının qətiyyən  uzlaşmayan ermənilərin  tarixlərinin saxta,  ədəbiyyat, mədəniyyətlərinin əsasən oğruluq, elmi əsərlərinin şişirtmə olduğu barədə çox sayda təkzibolunmaz dəlilərin, mənbələrin, məxəzlərin mövcudluğu inkaredilməz faktdır. Onların bəşər  sivilizasiyasına  bəxş etdiyi bircə real, həqiqi ədəbi, maddi-mədəni, elmi  nümunə yoxdur. Məlumdur ki, qədim və mədəni xalqların milli irsinin formalaşmasında eposlar mühüm rol oynamışdr.  Ermənilərin iddiasına görə, onların qədim eposunun- "Sasunlu David” –in 1000 ildən artıq yaşı var. Halbuki, sovet erməni folklorşünas və alimlərinin düzüb-qoşduğu bu epos,  əslində, XX əsrin 30-cu illərində "Koroğlu” dastanımızın motivləri əsasında  uydurulmuşdur.  Erməni tədqiqatçılarının da etiraf etdiyi kimi, erməni şifahi ədəbi nümunələrinin əksəriyyəti, o cümlədən erməni dastanları türk dilindədir. Saysız-hesabsız musiqi nümunələrimizin, mədəniyyət abidələrimizin, muzey eksponatlarımızın ermənilər təfəfindən oğurlandığı, mənimsənildiyi, belə demək mümkünsə, dillərdə dastandır.  "Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq kimi mifin də, "erməni soyqırımı"  kimi əsassız, yalan və böhtan dolu uydurmanın da  xəstə erməni təxəyyülünün məhsulu olduğu tutarlı faktlarla ifşa olunmşdur. Rusun, ingilisin, fransızın kölkəsində dümələnən və yetişən çoxsaylı "erməni elm xadimləri”nin, "sərkərdə” və "generallarının” da  sanbalı və çəkisi gülünc və cılızdır. Sual oluna bilər: bütün deyilənlərin bu məqalənin sərlövhəsi  ilə və  Ermənistanın Müdafiə naziri David Tanoyanla nə əlaqəsi var? Cavab verirəm ki, birbaşa. Hap-gopu, gic-gic bəyanatları ilə Ermənistanın milli qəhrəmanı, böyük sərkərdəsi səviyyəsnə qaldırılan David Tanoyanın çürük və bəsit ideyaları, müzəffər Azərbaycan Ordusunun bir zərbəsi ilə alt-üst olan hərbi planları haqqında əfsanələr uydurulmuş sərkərdə sələfləri, onların çinləri və xidmətləri barədə fikir yürütməyə də ciddi əsas verir. 

        Bəhs edəcəyim hadisənin üstündən  500, 100, 10, heç 5 il ötməyib. Ötən ilin əvvəllərində  işğalçı ölkənin Müdafiə naziri ABŞ-da səfərdə olarkən Qarabağ münaqişəsinin fəlsəfəsini "ərazi əvəzində sülh” paradiqmasından "yeni müharibə - yeni ərazilər” prinsipi ilə əvəz edəcəyi barədə bəyanat vermişdir. Onun bəyanatı Ermənistanın müdafiə xarakterli "Hərbi doktrinası”nın hücum doktrinası ilə əvəz ediləcəyini, yəni hərbi əməliyyatların istisnasız olaraq işğal altında olan torpaqlardan kənardakı yeni ərazilərin ələ keçirilməsi məqsədilə aparılacağını nəzərdə tuturdu.  Ermənistanın "Müdafiə haqqında” Qanununa müvafiq dəyişikliklər edilmiş, David Tanoyanın xeyir-duası ilə "Xalq ordusu” yaradılması haqqında gülünc  layihə hazırlanmış və ictimaiyyətin müzakirəsinə təqdim edilmişdir. Ermənistanın hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası, erməni ordusunun məğlubedilməzliyi haqqında yaradılan mif ondan əvvəl ermənilərin tarix boyu uydurduqları  uydurma və əfsanələri kimi bu dəfə şanlı əsgərimizin süngüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, cəhənnəmə göndərildi.


1898 oxunub

InvestAZ