XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



XAN ŞUŞAM!
Ədəbiyyat 09:15 / 13.11.2020


Qalib sərkərdəmiz İlham Əliyev:

"Əziz Şuşa! Sən azadsan! Əziz Şuşa!

Biz qayıtmışıq! Əziz Şuşa! Biz səni

dirçəldəcəyik!”

Bu Şuşanın yollarında

duman heyy!

Ürəyimdə bir düyün var

aman heyy!

Mavi dağlar, yaxın gəlin dərdləşək,

bu sizlər heyy,

Bu mən, heyy!

Bu Şuşanın dolayları hörükmü?!

Dərələri havalanmış körükmü?

Duyğuların selinə bax, ay Allah!

Daşaltısı hər baxana görükmür...

Bu Şuşada bulaq atlı, çay atlı,

Bulud atlı, ulduz atlı, Ay atlı!

Bu qamçıdır, ya şimşəkdir əlində?

Hardan belə, hara belə, ay atlı?..

Bu Şuşanın dağı-daşı oxunar.

Dodaqlarda zümzümələr, oxular.

Güllərinə düşmən əli dəyməsin,

Yoxsa, dönüb budaqları ox olar!

Bu Şuşanın Qalasıdır, daşıdır.

Bu daşları babalarım daşıdı...

Pənah xanın, Natəvanın yurdudu

Mənim qeyrət üzüyümün qaşıdı!

.

İstəklimdir, bu sevdadan dəliyəm!

Buluduyam, yağışıyam, seliyəm,

Bu Şuşanın, bu Şuşanın,

Şuşanın!

Torpağında dərdlərimin davası,

Damarında qaynamaqda havası

Bu Şuşanın, bu Şuşanın,

Şuşanın!

Cıdır düzü dağdan atdı zülümü,

Əllərindən üzəmmərəm əlimi!

Bu Şuşanın, bu Şuşanın,

Şuşanın!

Qalib ordum sevindirdi hər yeri.

Cəngavərdir sərkərdəsi, əsgəri!

Bu Şuşanın, bu Şuşanın,

Şuşanın!

Kim deyər ki, bu qələbə nağıldı?

Başı üstən qara duman dağıdı

Bu Şuşanın, bu Şuşanın,

Şuşanın!

Dolaylarda daşa dönnəm-yaşaram,

Göylərində quşa dönnəm-yaşaram,

Bu Şuşanın, bu Şuşanın,

Şuşanın!

Ramiz MƏMMƏDZADƏ,

Şüvəlan, 12 noyabr 2020-ci il,

Böyük Qələbə bayramı günləri.

---0---


2304 oxunub

InvestAZ