XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Şəhid ailələri və müharibə əlilləri üçün yeni sosial dəstək tədbirləri hazırlanır
Gündəm 14:48 / 12.11.2020

Şəhid ailələri və Vətən müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı yeni sosial dəstək tədbirlərinin həyata keçiriləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi iclasda bildirib ki, dövlət başçımızın tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, bu il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan böyük əksəriyyəti artıq verilib və proses davam edir. Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslərin də Prezidentin tapşırığına əsasən mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək.

İclasda şəhid ailələri və Vətən müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı aşağıdakı digər istiqamətlər üzrə yeni sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Bu tapşırıqlara uyğun olaraq, şəhid ailələrinin, müharibə əlillərinin və digər iştirakçılarının özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işləri daha da genişləndiriləcək.

Şəhid ailələrinin və müharibə əlillərinin maddi vəziyyəti nəzərə alınmaqla, ünvanlı sosial yardım proqramının onlar üçün daha əlçatan olması və bu proqramla əhatə olunmaları üçün bütün müvafiq dəstək təmin olunacaq.

Şəhid ailələrinin üzvlərindən və müharibə əlillərindən, müharibə iştirakçılarından işsiz və işaxtaran olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlara vakansiya məlumat bazasında olan iş yerlərinin təklif edilməsi, sosial tərəfdaşlarla birgə bu sahədə sıx əməkdaşlığın qurulması, DOST İş mərkəzi tərəfindən də onlar üçün uyğun, münasib vakansiyalar təqdim ediləcək.

Şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və digər iştirakçılarının məşğulluğunun təşviqi məqsədilə bu sahədə işəgötürənlər üçün stimullaşdırıcı tədbirlərə dair təkliflərin hazırlanacaq, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının əsasən bu istiqamətdə tətbiq ediləcək. Müalicə kurslarından sonra müharibə əlillərinin bərpa xidmətləri ilə geniş şəkildə əhatə olunması, son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya müəssisələri bu məqsədlə tam gücü ilə işə salınacaq.

Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində qurulmuş yüksək texnologiyalı protezlərin istehsalı sexində müharibə əlilləri üçün funksional protezlərin, bioprotezlərin istehsalına başlancaq.

Müharibə əlillərinin reabilitasiya vasitələri ilə təminatı işlərinin operativ həyata keçiriləcək. Erməni terroruna məruz qalmış mülki şəxslərə ehtiyac duyduqları sosial dəstəyin göstərilməsi, onların terror nəticəsində ziyan dəymiş, dağılmış kiçik müəssisələrinin bərpasına özünüməşğulluq proqramı çərçivəsində dəstək verilməsi, habelə erməni terroru nəticəsində heyvanları tələf olmuş mülki şəxslərə özünüməşğulluq proqramı çərçivəsində heyvanların alınıb verilməsi və s. nəzərdə tutulur.

İclasda qeyd olunan istiqamətlərdə sosial dəstək tədbirlərinin təşkili və bu işlərin operativ və keyfiyyətli aparılmasına nəzarət məqsədilə işçi qrupların yaradılması qərara alınıb.


1474 oxunub

InvestAZ