XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Türkiyə Naxçıvana dəmir yolu xətti çəkmək istəyir
Gündəm 13:32 / 12.11.2020

"Naxçıvana dəmir yolu xətti çəkməyi planlaşdırırıq”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.

O, Azərbaycanda yaşanan yeni hadisələrdən sonra Naxçıvan istiqamətində dəmir yolu xətti çəkilməsini planlaşdırdıqlarını bildirib və vurğulayıb ki, bununla bağlı artıq ilkin işlər, ilkin araşdırmalar başa çatıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri noyabrın 10-da birgə bəyanat imzalayıblar. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilir.


1509 oxunub

InvestAZ