XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



"Qarabağ" UEFA-ya rəsmi müraciət etdi
İDMAN 14:43 / 11.11.2020
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"la ev oyununu neytral meydanda deyil, Bakıda keçirmək üçün UEFA-ya müraciət edib.

Bunu klubun baş meneceri Asif Əsgərov deyib.

Onun sözlərinə görə, bununla bağlı UEFA-dan qarşıdakı günlərdə dəqiq məlumat veriləcək: "Dünən UEFA ilə əlaqə saxladıq. Rəsmi müraciətimizə cavab olaraq bildirdilər ki, sülh sazişindən sonra vəziyyəti diqqətlə izləyirlər. Yəqin ki, qarşıdakı günlərdə daha dəqiq məlumat veriləcək. Bu cür qərarlar UEFA İcraiyyə Komitəsinin iclasında verilir.

Komitə əvvəlcədən müəyyən edilmiş tarixlərdə toplaşır. Biz gərək əvvəlcə iclasın keçirilməsinə nail olaq. Buna görə də qarşı tərəfə tutarlı faktlarla müraciət etmək lazımdır. Hazırda ölkəmizdə hərbi vəziyyət rejimi davam edir. Bütün suallara aydınlıq gələndən sonra ev oyunu ilə bağlı da yekun qərar qəbul olunacaq".

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Azərbaycandakı hərbi vəziyyətlə bağlı "Qarabağ” qrup mərhələsinin 2-ci turunun "Vilyarreal"la ev oyununu (1:3) İstanbuldakı "Başakşəhər Fatih Terim” stadionunda keçirib. Ağdam klubunun növbəti ev oyunu noyabrın 26-da "Sivasspor”la olacaq.
1266 oxunub

InvestAZ