XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Poladın tarixi təbəssümü - Abid Tahirli yazır
YAZARLAR 09:28 / 11.11.2020

14 iyul 2020-ci ildə general Polad Həşimovun şəhid olması xəbəri ilə bərabər onun çox mənalı, gülümsər fotosu da bütün ölkəyə ildırım sürətilə yayıldı: küçə və meydanlardan, mənzillərin pəncərə və balkonlarından, maşınların şüşələrindən boylanan generalın bu təbəssümü bir tərəfdən nisgil, kədər dolu ürəklərin yükünü birə on artırdı, qəmli gözləri daha da nəmləndirdi, digər tərəfdən düşmənə qarşı hiddəti, kini, küdrəti, nifrəti artırdı, xalqın səbir kasasını daşırdı, bu təbəssüm milli birliyə, həmrəyliyə, səfərbərliyə çağırışa çevrildi, bir həftə içərisində 50 mindən çoxAzərbaycan vətəndaşı Vətəni qorumaq üçünSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Bu təbəssümün bir ilahi mənası da varmış: general gülümsər çöhrəsi ilə millətə müjdə verirmiş: çox çəkməyəcək ki, torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan, mənfur düşmənin tapdağından azad ediləcəkdir! Bu zəfər məkrli düşmənin bütün murdar niyyətlərini gözündə qoyacaq, özünəxasqürurunu,şərəfini,ləyaqətini bir daha təsdiqləyəcəkdir!”

Bu gün generalın təbəssümü "Gözün aydın, müqəddəs Vətən”, "Gözün aydın, doğma Cəbrayıl, Qubadlı, Zəngilan, Qarabağ”, "Gözün aydın, əziz Şuşa!”- deyir. Bu təbəssüm şəhidlərə "Rahat uyuyun, ruhunuz şad olsun, arzularınız çin oldu”- deyir. Bu təbəssüm şəhid valideynlərinə təsəlli, təskinlik verir: "Başınızı dik, qədinizi düz tutun. Övladlarınızın qahı yerdə qalmadı”.

Böyük qələbəni bir müddət əvvəl müjdələyən Poladın gülümsər və solmayan cazibədar siması bu gün hər kəsin qəlbinə və hafizəsinə tarixi təbəssüm kimi əbədi hopmuşdur.

10 noyabr 2020.



2507 oxunub

InvestAZ