Xəbər verdiyimiz kimi, Erməni silahlı qüvvələri tərəfindən dünən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndi müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.
Yenisəs.az bildirirki, ermənilərin növbəti hərbi cinayəti nəticəsində daha 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.
Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olmuş uşaqların sayı 11-əçatıb.