XƏBƏR LENTİ
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



Vətən savaşı - Kəmalə Abiyeva yazır
Ədəbiyyat 10:48 / 26.10.2020

Əsgərim, İgidim, ay oğul balam,
Səninlə yaşayır hər Vətən daşı.
Bacarsam əlində silahın ollam
Vətən savaşıdır, Vətən savaşı.

Vətən sevgisini yaşayır torpaq,
sevincə bürünüb gözünün yaşı.
Qələbə ətrinə qovuşur torpaq
Vətən savaşıdır - Vətən savaşır.

İlhamla irəli möhtəşəm ordum
Azadlıq havası oldun bu yurdun.
Canınla, qanınla, rəşadətinlə,
Gələcək günlərə yazılır adın.

Ali baş komandan yumruğun qalxsın
önündə əyilir düşmənin başı.
Bir damla türk qanı yerdə qalmasın,
Vətən savaşıdır, Vətən savaşı.

Əlində ucalan bayraq Vətəndi!
Ayağın altında torpaq Vətəndi!
Bu haqq savaşında müzəffər ordum,
Qüdrətli ədalət –Zəfər sənindi


1282 oxunub

InvestAZ