XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020



Böyük Dəbilqə: İki cüdoçumuz 1/4 finala yüksəldi
İDMAN 16:13 / 23.10.2020

Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində 1/4 finala yüksəlib.

66 kq çəki dərəcəsində mübarizə aparanOrxan Səfərovilk görüşündə Niderland təmsilçisi İvo İvo Verhorsterti məğlub edib. Ardınca gürcüstanlı Baqrati Niniaşvilidən üstün olub.

Eyni çəkidəki Nicat Şıxəlizadə Villian Limaya (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

60-dakı Kəramət Hüseynov da ilk qarşılaşmasında məğlub olub. O, fransalı Luka Mxeidze ilə bacarmayıb. Davud Məmmədsoy (60 kq) hindistanlı Vijay Kumar Yadavla dueldə qalib ayrılsa da, Qazaxıstanlı Qusman Kirgizbayevə uduzub.

Qadınların yarışında Aişə Qurbanlı Şirin Bouklinə (Fransa), Leyla Əliyeva isə Lauru Martinesə (İspaniya) məğlub olub. Əliyeva ilk görüşündə macarıstanlı Luka Mamiraya qalib gəlmişdi.

52 kq-da isə Gültac Məmmədəliyeva Qal-Od Tserentoqxodu (Monqolustan) məğlub etdikdən sonra, israilli Gefen Primodan üstün olub və Orxan Səfərov kimi 1/4 finala yüksəlib.


1502 oxunub

InvestAZ