XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



“İti qovan” PUA-ların istehsalı davam edir - FOTOLAR
MƏMLƏKƏT 10:10 / 22.10.2020

Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir.

Müdafiə Sənayesi Nazirliyindən Yenises.az-a verilən məlumata görə, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalına başlayıblar.

Ali Baş Komandan cənab İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda "İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.


12070 oxunub

InvestAZ